Xəyalə Sevil - Bu uzun gecənin qaranlığında

Ədəbiyyat 09:40 / 24.06.2026 Baxış sayı: 322

Bu uzun gecənin qaranlığında

Canıma vəlvələ düşüb.

Bir kəndir özünü asıb tavandan,

Məndən əvvələ düşüb.

Gecədən bir az keçir,

Saat səhərə yaxın.

Nə intihar vaxtıdı...

Ruhum üzü göylərədi,

Ölümün nübar vaxtıdı.

Yoxdu burdan o tərəfi,

Nə günəş, nə də ki, ay olasıdı.

Bir cüt qərənfilə dönüb əllərim

Sinəmin üstünə qoyulasıdı.