Fərhad Tapdıqoğlu - Ay qarınqulu!
Uşaq vaxtlarımızdan analarımızın bizə etdikləri iradlar, məzəmmətlər,qarğışlar çox zamanlar "qarın" sözü ilə qarşılıqlı işlənirdi.
Məsələn:
Bikef olanda ,küsəndə :
"Mısmırığını niyə sallamısan ,qarnına niyə sancı dolub,qarnının dərdi,azarı nədir,de dana..."-deyirdilər.
Çox yeyəndə:
"Ay qarınqulu! Qarnına şiş batsın ,qarnın yırtılsın "- deyiblər nənələrimiz( yəni analarımız).
Paxıllıq eləyəndə ,başqalarına həsəd aparanda ,hər şeyə mız qoyanda :
"Qarnı qurdlusan" - deyiblər...
Hamımızın tez-tez işlətdiyimiz kəlamlar:
"Qarın qardaşdan irəlidir"
"Qarın başa bəladır"
"Qarın " deyəndə çox zaman təbii ki,nəfs nəzərdə tutulur.
Nəfsimizin qulu olmayaq!
..
Nəfsimizi ağlımıza tabe etdirək!...
Nəfsimizə tabe olmayaq!...