Əşrəf Veysəlli - YAŞADIM

Ədəbiyyat 10:53 / 09.02.2026 Baxış sayı: 448

 

Dünyaya gəlib yaşadım,

ağlayıb- gülüb, yaşadım.

Mən yaşayıb ölmürəm ki,

mən hər gün ölüb yaşadım.

 

Odlara salan gözəlin,

qeydimə qalan gözəlin,

canımı alan gözəlin

qadasın alıb yaşadım.

 

Xoşlamalı dünya deyi,

boşlamalı dünya deyil.

Yaşamalı dünya deyil,

üzümə salıb yaşadım.