Əşrəf Veysəlli - DÜŞƏR
Ədəbiyyat
07:04 / 30.03.2026
Baxış sayı: 575
Uca zirvələrə tez- tez qar yağar,
Dağların saçına erkən dən düşər.
Güllərin gözünə sübhün gözündən
Hərdən şeh çilənər,hərdən çən düşər.
Nazlana - nazlana açılar səhər,
Düzlərdən əl edər qızıl lalələr.
Gümüş kəmər kimi ağ şəlalər
Sürüşüb dağların belindən düşər.
Güldən sərgi açar hər yal, hər gədik,
Hər tərəf gözəllik, hər yan çiçəklik.
Bir nəğmə oxusa xınalı kəklik,
Ovçunun tüfəngi əlindən düşər.
1963- cü il.