Ağaevli Əli Hacı - Dünyayla yola çıxdım

Ədəbiyyat 11:00 / 30.03.2026 Baxış sayı: 569
 

Dünyayla yola çıxdım,

dincin aldı kürəyimdə !

Söz ilə örtüb üstünü,

yerin saldım ürəyimdə !

 

Gün vurmadı,göz dəymədi

odun,suyun gözlə əmdi .

Mən də ona əyilmədim

yedim qara çörəyimdən !

 

Yolu qaçdım,o yeridi

gördüm yenə irəlidi !

Gedib ölümə dirəndim

qoy,su içsin ölməyimdən !