Ərdoğan: "Qardaşım Əliyevə təşəkkür edirəm"

DÜNYA 20:07 / 20.07.2024 Baxış sayı: 3470

"Nə biz "oldu, bitdi"lərə icazə verəcəyik, nə də Kipr türk xalqı təhdidlərə boyun əyəcək". 

Yenises.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə deyib.

"Adanın qədim və əsl ünsürü Kipr türklərinin yox sayılması mümkün deyil. ŞKTR-nin tanınması, iki dövlətli çözümün həyata keçirilməsinə yönəlmiş səylərimizi qərarlı şəkildə davam etdiririk. Şuşada təşkil edilən TDT-nin qeyri-rəsmi zirvəsində Prezident Ərsin Tatarın iştirakı buna misaldır. Bu prosesdə göstərdiyi mətanətə görə Azərbaycan Prezidenti qardaşım Əliyevə bir daha təşəkkür etmək istəyirəm", - deyə Ərdoğan vurğulayıb.