Elşən Əzim : - Xəyallara.
Hamı məndən küsüb gedir
Çəkilir xəyallara.
Baxışlar ayrı düşəndə
Dikilir xəyallara.
Sən niyə küsdün ey, niyə?
Qaldım göynəyə-göynəyə.
Yollar saplanır iynəyə-
Tikilir xəyallara.
Demə ömrün sürüb ölür,
Vaxtı bada verib ölür.
Qız, burda bir qərib ölür
Bükülür xəyallara.