Elnur  Uğur - Cismin halına bənzəmir,

Ədəbiyyat 08:37 / 07.09.2026 Baxış sayı: 366

Cismin halına bənzəmir,

Bir özgədir ruhun halı.

Cavab batində gizlənir,

Doğmayınca eşq sualı.

 

Tanrım,eşqin sətir-sətir,

Yayır qəlbdən dilə ətir.

Göy başım üstündə çətir,

Yer ayaq altında xalı.

 

Uca yaratdın insanı,

Səni tanımayan hanı?

Dərk elədikcə dünyanı,

Gözdən düşür dünya malı.

Yığcam Göstər