Elnur Uğur Abdiyev - Tanrım,bu çayın günahı nəydi?

Ədəbiyyat 12:40 / 10.11.2025 Baxış sayı: 842

Tanrım,bu çayın günahı nəydi?

Neçə dəfə

Yatağından çıxdı.

Qayalara dəydi, sındı ləpələri,

Sahilində oyuq açdı su qəlpələri.

Çilikləndi,

Damcısında bölündü, gərildi,

Səpələndi hər damcısı min zərrə dirildi.

Bir gün sahili sərildi ayaqlarına,

Bir gün dırmandı sahilində qayalıqlarına,

Öz qayasından atdı özünü,

Sonda yenə də tutdu özünü.

İndi,

Neçə yerdən keçilir bu çay.

Gün - gündən kiçilir bu çay.

Mənsəbindən - mənbəyinə qədər,

Suların altında sular,

Tabut qayalıqlara çiyin verər.

Balıqları da kiçilir bu çayın,

Yosunları da göyərmir daha.

Bu çay əksə axır,əslində

Bir bala balığın üzgəcində.

İlahi,

O qədər naqqalar var ki?...