Elnur Uğur Abdiyev - Səndədi
Zümrüd meşələrin,yalçın dağların,
O buz bulaqların canı səndədi.
Ey Ana Vətənim,Ana Vətənim,
Bu zəif bədənin qanı səndədi.
Mənim təbiətim təbiətindən,
Güc alıb,ucalıb Vətən,can Vətən!
Günəş doğur hər gün məhrəm eşqindən,
Sübhümün bəkarət danı səndədi.
Sonor səslərisən əlifbamın da,
Adındır andımda əlif, lamım da.
Eşqin dövrə vurur damarlarımda,
Elnurun uğurlu anı səndədi.