Elnur Uğur Abdiyev - Qırdılar qəlbi doğmalar,yadlar,
Ədəbiyyat
12:23 / 08.02.2026
Baxış sayı: 1989
Qırdılar qəlbi doğmalar,yadlar,
Elə zənn elədilər qırıldım.
Hər gün nifrət əkdilər yoluma,
Mən həyata yenidən vuruldum.
Bu süni gözlər erasında mən,
Həyasız üzlər sırasında mən,
Boyalı sözlər arasında mən,
Şükr etdım İlahiyə, duruldum.
Yıxın, gücünüz yetdikcə yıxın,
Bacara bilsəz sonuma çıxın,
Haqlısız son nəfəsəcən qorxun,
Bir də gördüz külümdən doğuldum.