Elnur Uğur Abdiyev -  Qalmadı

Ədəbiyyat 08:15 / 06.11.2025 Baxış sayı: 1062

Şipşirindi, tamı qaçdı həyatın,

Ta dünyanın dadımlığı qalmadı.

Bu dünyada inandığım nə qədər,

Adamların adamlığı qalmadı.

 

Sağın, solun üzündəkı boyadan,

Gün utanır, baxıb edir həya dan.

Çox adamın ləqəbi var- həyəcan!!!

Ta kimlərin ad almağı qalmadı?

 

Üzdə kişi, içdə qadın cildlilər,

Roman- roman, min nüsxə,min cildlilər.

Heyif bütöv adamlara,getdilər,

Gələnlərin o tamlığı qalmadı.