Əlizadə Nuri : - Getmək

Ədəbiyyat 09:32 / 07.04.2026 Baxış sayı: 162

 

At çapan dağda da yıxılmaz atdan,

Mən də öz atımı seçib gedirəm.

Torpağı kim çəkdi ayağım altdan?-

Daşların üstündən keçib gedirəm.

 

Sən sözü bərk oldun, mən qəlbi yumşaq,

Dünya top- tüfənglə oynayan uşaq.

Mənə gələn suyu kəsib bir qoçaq

Mən də ay işığı içib gedirəm...

 

Əlim kəsiləndən, əl ağacım yox,

Yenə nəşəliyəm, ağrı- acım yox.

...Mənim kəfənə də ehtiyacım yox-

Ölümü əynimə biçib gedirəm...