Nuranə Təbriz - ANA
Ədəbiyyat
13:09 / 07.04.2026
Baxış sayı: 161
Çox da gözlərinə şən görünürəm,
Təpədən dırnağa azaram, ana.
Sürünə -sürünə yaşamaq olmur,
Qədərdən , qismətdən bezaram, ana.
Ruhumun ağrısı keçib getmədi,
Dərdi gizləməyə gücüm yetmədi,
Daşıdım- daşıdım, zülüm bitmədi,
Neyləyim başımı yozaram, ana.
Həyatda heç nəyi tam yaşamadım,
Almadım dünyadan kam, yaşamadım.
Nuranə, yaxşı ki, xam yaşamadım,
Mən öz taleyimi yazaram, ana