Ağaevli Əli Hacı - ÖMÜR

Ədəbiyyat 13:46 / 07.04.2026 Baxış sayı: 172

Səhər əsən yellərin

ağzında getdi ömür !

Gözümlə yol yeridim

yollarda itdi ömür !

 

Doldurub öz içini,

daşıdı söz köçünü!

Yalandan and içənin

yanından ötdü ömür !

 

Cütlükdən ayrılığa-

ev tikdi tənhalığa !

Tanrı tək,bir olmağa

yol gedib,bitdi ömür !