Əlirza HƏSRƏT : - ÜŞÜYÜR

Ədəbiyyat 16:09 / 01.09.2025 Baxış sayı: 2005

 

Gəlib çatdım ömrün qürub çağına,

Arxamca su atan gəlin üşüyür.

Nəfəsim təngiyən zalım bürküdə,

Əlimin içində əlin üşüyür.

 

Məni ovunduran o qərib hanı?

Diksindim ahına hər xoruz banı.

Gözündən oxudm xeyir-duanı,

Ağzında söz tutmur dilin üşüyür.

 

Dumanı yubandı yenə bu dağın,

Əsdi xəzan geli,soldu yanağın.

Atəşi başqadır sevib yanmağın,

Sən yanıb gedirsən,külün üşüyür.