Əlirza HƏSRƏT - SEVDİYİM LALƏ
Hər gün çovğun tuta,hər gün qar yağa,
Duman bel bağlamaz burda hər dağa.
Köhnə eyvanımda yuva qurmağa,-
Bu bahar qayıdan qaranquş deyil.
Gah tində dayandım,gah da dalanda,
Ürək boşalmadı heç göz dolanda .
Mən eşq qəfəsinə sürgün olanda,-
Yaxşı bilirdim ki,yaş o yaş deyil.
Daha üz döndərib kəniz şahından,
Burda gül açılır eşq silahından.
Bağrına xal düşən Əsli ahından,-
Sevdiyim Lalədir,o xaş-xaş deyil...