Əlirza HƏSRƏT:- ŞANAPİPİK
Ədəbiyyat
16:14 / 07.11.2025
Baxış sayı: 970
Ötdü həftə,il,qərinə,
Qondun qonşu çəpərinə.
Ürəyim düşdü yerinə,
Səni gördüm azad,quşum.
Saçların şana-şanadır,
Ayrılıqdan nişanadır.
Görüm yolun hayanadır,
Qanadını uzat quşum.
...Şanapipik,oxu görək,
Nə baxırsan ürkək-ürkək?
...Zəfər günümüzdən gərək,
Hamı alsın ləzzət,quşum.