Ələsgər ƏLİOĞLU - AĞACA ÇIXAN QUTAB

YAZARLAR 11:34 / 19.03.2026 Baxış sayı: 135

B A L A L A R A    H Ə D İ Y Y Ə

                                                                  (Hekayə)

Nənə həyətdə oynayan nəvələri Turqutu və Ələsgəri yanına çağırdı. Onların hərəsinə təzəcə bişmiş bir qutab verdi. Bu zaman qonşu uşağı Ələsgəri çəpərdən səslədi. Oğlan qutabı həyətdəki skamyanın üstə qoyub çəpərə yaxınlaşdı...

Bir azdan geri qayıdan Ələsgər baxıb gördü ki, qutabı skamyanın üstə yoxdur. O, Turqutdan soruşdu:

-Ay Turqut, mənim qutabım hanı?..

Turqut acı bir təbəssümlə cavab verdi:

- Mən gəlib çatırınca ağacın başına çıxdı...

-O nə deməkdir, ay qaqaş, qutabın əl-ayqağı var ki, ağaca çıxa?

Turqut: -Pişiyin ağzında!..-deyə cavab verdi.

Ələsgər başını qaldırıb ağacın budaqlarına göz gəzdirdi. Ağacın başına çıxıb yerini rahatlayan pişik pəncələri ilə artıq ağzını-burnunu silib-təmizləyirdi...

2023