Ələddin Əzimli - YOSUN QOXULU MEH

Ədəbiyyat 11:28 / 11.02.2026 Baxış sayı: 457

 

"Sözlərdəki sən"dən

 

Gecə vaxtında gələr,

Metro qatarı kimi.

Gəldiyi tək də gedər

Ömrün baharı kimi.

Dünyanınsa əbədi

Çölləri, düzü qalar.

Dağları, meşələri,

Çayı, dənizi qalar.

Yosun qoxulu bir meh

Əsər hey dayanmadan.

Tabuta bənzər qayıq

İtər gözdən anbaan.

Ayrılar qoşa yollar

Gecə, ya da ki səhər.

Biri-birini görməz

Gedənlər və gələnlər.