Ehtiram İlham - YENƏ YÖNÜM TOVUZA
Hər duam adınadı,
Dilinə şükür, Tanrı.
Cənnətin ta özüdü,
Elinə şükür, Tanrı.
Keçdim hər qalmaqaldan,
Unamadım xəyaldan.
Halım halıdı haldan,
Halına şükür, Tanrı.
İşinnən olsun hərə
Halal ruzuya görə.
Açılıbdı göylərə
Əlinə şükür, Tanrı.
Nə deyim qara saza,
Sözə, səsə, avaza.
...Yönüm yenə Tovuza,
Yoluna şükür, Tanrı.
12.08.25.