Əbülfət Mədətoğlu : - Həyatımın şəkili

Ədəbiyyat 08:41 / 19.04.2024 Baxış sayı: 3813

 

Mənə kədər öyrədir

dözümün dərslərini...

Məni sükut göynədir

çəkdikcə dərd-sərini!..

 

Ağlımın yalın əli,

dizimi qançır edir...

Ağrım olub məzəli -

gəlir, gah qaçıb gedir...

 

Çapar olan xəyalım

yorulub heydən düşür...

Üzgünəm ki, bu halım -

anidən göydən düşür...

 

Bildiklərim ilğımdı,

bilmədiklərim həyat...

Deyəsən axırımdı -

son dəfə məni oyat!.