Əbülfət Mədətoğlu : - Allah, sənə açdığım əl,

Gündəm 09:43 / 17.04.2024 Baxış sayı: 3127

 

Allah, sənə açdığım əl,

Ruhdan qopan saf diləkdi...

Onu söz-söz yaddaşıma -

Ürək əkdi, həm dil əkdi!

 

İçdə yuyub istəyimi,

seçdim mən lap üst deyimi!

Bildim O-dur dəstəyimi -

verən, gətirən mələkdi!

 

Yaşadığım anda anı,

Özün seçib, özün tanı!

Qəlbi, hətta bütün canı -

Bükdüyün sevgi bələkdi!

 

Ərk edib, əl açıb dinən

Mən, sevgi adlı bir dinəm!..

Nurunla dolubdu sinəm -

Misralarım da çələngdi!..