Çində hava limanında qalan azərbaycanlılar kömək istəyir - VİDEO
Azərbaycan vətandaşları Çinin Guangzhou (Quançu) şəhərində Bayun hava limanında qalıb.
Yenises.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədili video paylaşıb.
Onun sözlərinə görə, səhər saatlarında uçmalı olan təyyarə uçuşu ləğv edilib və onlara 3 gün gözləməli olduqları bildirilsə də, nə oteldə qalmağa şərait yaradılıb, nə də yemək verilib.
Vətandaşlar səfirliyə ölkəyə qayıtmalarına kömək etmələri üçün müraciət ediblər.