Bəhram Bilaloğlu - Üstü bəzəklilər elə gəzir ki...
Ədəbiyyat
08:50 / 07.09.2026
Baxış sayı: 1753
Üstü bəzəklilər elə gəzir ki,
Guya,dünya üzün bunlar yaratdı.
Ey cahil fikirli,nadan adamlar
Ruha diqqət edin,kim onu atdı?!
Cismən yaşamağa meylini verib,
Ruhunu nəzərdən salma,Xudayi.
Sən Ana bətnində səssiz qul ikən,
Duydunmu ölümdən sonrakı ayi?!
Həqiqət o qədər zəhərlidir ki,
Doğrayar zalımın qəlbini,dostum.
Hər anı diqqətlə yaşadım,duydum,
Çalışdım,eşq əhli olsun bu postum.