Bəhram Bilaloğlu - Təbiət nə gözəl yarandı belə

Ədəbiyyat 08:45 / 14.03.2026 Baxış sayı: 122

Təbiət nə gözəl yarandı belə,

Ruhum bağçalarda aram-aramdır.

Gözəllik bəxş edən uca dağları,

Solğun çiçəkləri qəlbi yaramdır.

 

Kimisi şükr eylər,çatar əhdinə,

Yıxar öz nəfsini,durar qəsdinə.

İstəyi çevrilsə haram məstinə,

Baxarsan bir ömrü param-paramdır.

 

Yetiş imdadına - qoyma xar ola,

Sığın mərdliyinə keç,sağa, sola,

Bəhramın sözündən düşəndə hala,

Duyarsan səadət qram-qramdır. (ı)