Bəhram Bilaloğlu - Qərib dünya, qərib adam.
Dərin xəyala dalmışam,
De, nə üçün qocalmışam?!
Həyatdan nakam qalmışam —
Neçə izlər, yollar çəkdim,
Sevgi deyil, qüssə əkdim.
Ellər içrə yaman təkdim —
Qərib dünya, qərib adam.
Bir ömür belə xərclənir,
Risk əzabla cüt mərclənir.
Bətnində körpə bürclənir —
Qərib dünya, qərib adam.
Tarixə düşsə ad-sanım,
Dəyişməz ki, müsbət qanım.
Cahilləri necə qanım —
Qərib dünya, qərib adam.