Bəhram Bilaloğlu - Qəlbimin cücərtdiyi

Ədəbiyyat 09:15 / 08.09.2025 Baxış sayı: 2507

Qəlbimin cücərtdiyi,

toxumlar sənin olsun.

İlahi bəxş edibdir,

gözəllik sənə qalsın.

Ömrünün təravəti,

saralmasın,solmasın.

İmanla yaşa,aşiq,

sevgilərin ucalsın.

Böyüsün ümidlərin,

yaşıllaşsın arzular.

Sığınsın əhatənə,

şən istəkli adamlar.

Yaza bənzəsin ömür,

oyansın torpaq kimi.

Ritmi vuran ürəyin,

qırılmasın tilsimi.

Ən böyük uğurları dövr elə dövrəsində,

Topladığın əməllər,

boy atsın çevrəsində.