Bəhram Bilaloğlu - DEYİLMİ

Ədəbiyyat 09:34 / 09.02.2026 Baxış sayı: 1088

 

 

Gözümə nur verən, yoluma işıq,

Ruhumu yaşadan iman deyilmi?

Gecələr yuxuya həsrət qoxuyan,

Yıxan ürəyimi zaman deyilmi?

 

Özgə fikirlər də dərd olur mənə,

Sıxıntı körpüsün atırlar qəmə.

Kirpiyim köçəndə gözdəki nəmə,

Ağlayan kirpiyə əyan deyilmi?

 

Bəxtindən narazı oldular çoxu,

Qoydular ortaya hər işdə yoxu.

Düşəndə yadına zəhərli oxu,

Sordular: sancılan o can deyilmi?

 

Üzə gülə-gülə vurdular bizi,

Daşıya bilmədik, qatladıq dizi.

Yeriyə-yeriyə siləndə izi,

Ağrıya tək dözən Bəhram deyilmi?