Bəhram Bilaloğlu -Bəzən qəlbim üşüyür
Bəzən qəlbim üşüyür,
Qovurur həsrət məni.
Sevgi verdiklərimin
Qurtarmır heç sər-qəmi.
Nədəndir bu intizar,
Soruşsan, səbəbi yox.
Səbəbsiz darıxmağın
Soyadı, ləqəbi yox.
Ümidim Allahadır,
Qoşul, birgə yol gedək.
Etmək istədiyini
Allaha xatir edək.
Solmaram etdiyindən,
İncimərəm sözündən.
Yarpaq-yarpaq toplayıb
Keçirmişəm gözündən.