Balayar Sadiq - XATIRLA
Ölüm dəstəmaz alır
ismin yerlik halında...
Vaxtın başını qatmağa bir şey yox.
İki min ildir həzrəti İsanı çarmıxa çəkir
kilsə zəngləri...
İki min ildir
həzrəti Məryəmin göz yaşlarında
üzən balıqlar salavat çəkir üzü qibləyə...
Susur bütün minarələr...
Təkcə qarışqalar unutmur Allahı...
Su əlifbasıyla oxuyurlar göz yaşlarını...
Cibindəki bəyaz dəsmalla
burnundan axan qanı silməyə heyfislənir
,,müharibə" sözü.
Keşişdən mollaya qədər uzanan yol
şəkilçi qəbul etmir,
Nə molla bilir bunu,
nə keşiş bilir,
nə də sən...
Xatlrla bu misramı;
Dəniz balıqların bayragıdır, ölüncə daşıyırlar …