Aləmzər Sadıqqızı -  Gəlməyəcəyəm...

Ədəbiyyat 13:00 / 08.02.2026 Baxış sayı: 314

 

Mənim ürəyimi almaq çox asan,

Dərdinə, oduna dayanmaq çətin...

Bir ay işığina möhtac könlümü,

Bir könül nuruna boyamaq çətin...

 

Bir durna səsinə diksinən ruhum,

Bir çiçək görəndə nələri anır...

Sən axı bilməzsən illərdən bəri,

Mənim uşaq könlüm nələrçün yanır...

 

Göydə ulduz susar , Ay dinləyərdi,

Buludlar aglardı dərdi- sərimə...

Mənim əllərimdən həsrət tutardı...

Tanrı qoruyurdu ata yerinə

 

Qırmısan Aləmin aləm könlünü,

Bir daha bu eşqə gülməyəcəyəm...

Kusüb durnalarla gedəcəm bir gün...

Gözləmə əzizim ...gəlməyəcəyəm...!

7.2.2026.