Aləmzər Sadiqqızı - Dunyadı...
Bir də görərsən ki,köçüb getmisən...
Bir də görərsən ki, yalan dünyadı...
Birisi var yıgar, biri məhəbbət ...
Kimin səadəti talan dünyadı!
Ömür də qismətdi, sevgi də qismət...
Yeyər ürəyini bir ömür həsrət
Döyər qapımızı ölüm nəhayət...
Balanı anadan alan dünyadı!
Aləmin ürəyi bir zərif çiçək
Yağdı ürəyinə dərd ətək-ətək
Sanırdı sevgisi heç bitməyəcək...
Hər şeyi gözündən salan, dünyadı...