Aləmzər Sadıqqızı - Bir qara yağış yağır...

Ədəbiyyat 19:00 / 28.09.2026 Baxış sayı: 465

 

Hər tərəf qaranlıq...hər tərəf kədər...

Payız gözlərinin yaşını ələr...

Evimdən başlayıb könlümə qədər...

Bir qara yağış yağır...

Ay da yığıb gedib nurunu bu gün...

Buludlar könlümdə edir toy,düyün..

Bütün sevenləri xəbərdar edin...

Bir qara yağış yağır..

Yenə xatirələr küsür,barışır...

Yenə ayrılıqlar suya qarışır...

Ürəyin sirrini gözlər danışır...

Bir qara yağış yağır...

Aləmin ömrüdə bulud kimidi...

Gözləri dünyanın daman yeridi...

Bu yağan yağmur yox...dərdi-səridi...

Bir qara yağış yağır...