Salam Sarvan - Yerin ortası da təklərə küncdü..

Ədəbiyyat 11:44 / 27.09.2026 Baxış sayı: 524

 

 

Diz çöküb bayraqtək öpə bilmərəm.

Ətəyin o surət,o sifət deyil.

Gözümdən oxuya bilməzsən məni

Qadın,mənim xəttim yaxşı xətt deyil.

 

Ürəyim qurumuş çay kimi dincdi.

Yerin ortası da təklərə küncdü...

Sən qız xeylağısan-adın Sevincdi.

Sən kişi deyilsən-adın Dərd deyil.

 

İyim yanıq iyi,dadım su dadı.

Mən adam balası deyiləm,qadın.

Məni sevməyin də yolu başqadı,

Bununçün məhəbbət-filan şərt deyil...