Şakir Xanhüseyinli -  BU EV DƏ BİR YUVADIMI

Ədəbiyyat 13:40 / 26.09.2026 Baxış sayı: 447

.

bu evə baxıram, evə,

bu ev də bir yuvadımı;

civildəşirmi sərçələr,

fikir götürür adamı...

əgər ev yuva deyilsə,

orda yox uçma, böyümə;

evinə- yuvana sarı

qanadlanır ürəyin, hə;

busağasında dayanıb

qapısını açanda sən,

bax, görürsən ev- yavanı

elə bil ki, ovcunda sən;

həm gözünün giləsində,

alıb-verdiyin nəfəsdə...

ilahi bir əmanətdi

sənin üçün söz də, səs də

və yuvanda bu sevgini

yaşadaraq yaşayırsan;

daim sevginlə evini

özün ilə daşıyırsan...

tikdiyin o dörd divarlı,

daha nəli ev bir yuva;

sən mənim neçə canımsan,

bir saysaydım, ey bir yuva!

əslini bilmək istəsən,

yer- bir yuva, göy- bir yuva...

qanadımın açılmağı

səndən imiş, ey bir yuva!

günəşin bir telindəncə

aldığım işıq da, gör a,

dönüb bir nur axınına;

aydınlıqdı ev- yuvama!

dörd göz olub bir gözlə bax,

ha gözləmək sona qədər;

ev-yuvandan bir çöpü də

alıb aparmasın yellər!