Xatirə Rəhimbəyli - Mən də payızam indi
Mən də payızam indi,
Sənsizlik-qara bulud
Gözlərimdə sıxlaşır,
Həsrətin yağış kimi süzülür gözlərimdən....
Mən də payızam indi,
Əllərim köçəri quş
Uçur,uçur havada,
Ürəyim yaralıdı,
Tənha qalıb yuvada...
Mən də payızam indi,
İnamım ,etibarım
Xəzəl kimi sovrulur.
Son ümid son qonçədir,
Ayazlarda qovrulur....
Mən də payızam indi,
Payıza gələn olmaz,
Ondan gedər hər gedən...
Payıza da gəlmədin,
Barı qış ol ,gəl,gedən!..