Bəhram Bilaloğlu - Gündoğar tərəfdən gələ bilmədin

Ədəbiyyat 09:40 / 26.09.2026 Baxış sayı: 559

 

Gündoğar tərəfdən gələ bilmədin,

Zalımlar zülmətə qərq etdi səni.

Ümid bəsləməyən naxələflərin

Aya bənzəmədi,qərb etdi səni.

 

Zülmətdən doymadı doydum deyənlər,

Baxdılar günəşə gün həsrətiylə.

Mənə şəfəq verin,günəş göstərin

Çığıran adamlar qurdular hiylə.

 

Bu həyat,bu tale,bu bəxtə bir bax,

Əlindən su içən quyu qazırmış.

Adamın taleyin yerdəki deyil,

Qəlblərdə yaşayan Allah yazırmış.