Ağaevli Əli Hacı - Sözü havada saxlama!
Xöş gəlmir əyər birinə,
Sözü oturt öz yerinə !
Bax,soyuq dəyər dilinə
Sözü havada saxlama!
Şor torpaqda qazma quyu,
İçini qurudar suyu !
Boy ölçünlə oyna oyun,
Güc yetməz şələ bağlama !
Qəm yükünün çoxun,azın
Çəkə bilməz heç tərəzi !
Həyat-ömrün öz bəhməzi,
Bəy ağla,kölə ağlama !
Açdı çiçək,soldu çiçək
Gələn bir gün də gedəcək !
Yağ görməyən,bal görəcək ?!
Boş nehrəni çalxalama !
Mən,günə çıxırdım Allah,
Sıxdın,suyum çıxdı Allah !
İçimə yıxıldım Allah,
Özüy davada saxlama !