Ağaevli Əli Hacı - SƏNSİZLİYƏ

Ədəbiyyat 08:10 / 06.11.2025 Baxış sayı: 995

 

Tək-tənha,

Yalnızlığın içində,

Nəfəsimi,

Boğuram səssizliyə !

 

Sağlığına deyib,

Göz yaşımı,

Tək başıma,

İçirəm sənsizliyə !

 

Hər doğulan,

Təkcə,sevinc yaşamır ki,

Qəm zəmisin,

Biçirəm sənsizliyə !

 

Bu körpülər,

Həm də,

İtkilərçün salınıb,

Keçirəm sənsizliyə !

 

Sən,olmayan yerə

Gün düşmür,

Ölüm düşür,

Köçürəm sənsizliyə !