Adiə Nəzər - SƏNDƏN O YANA...

Ədəbiyyat 17:47 / 03.07.2026 Baxış sayı: 242

 

Mən bir quru neyəm, nəfəsim Səndən,

Üflə, fəğanımı çatdırım ərşə.

Ruhum qanadlanıb çıxanda təndən,

Sınsın bu qəfəsim, Səndən o yana...

 

Baxdım bu dünyaya, bir kölgə gördüm,

Nəfsin tələsində min bəla gördüm.

Mən məni itirdim, mən Səni gördüm,

Yox imiş bir kəsim, Səndən o yana...

 

Sən cəmi-camalsan, mən içi qubar,

Pakladım qəlbimi, - adındır şüar.

Daha nə inadım, nə iddiam var,

Kəsilib nəfəsim, Səndən o yana...

 

Adilə, bu yolda can fəda eylə,

Hər sirri, pərdəni aşikar eylə.

Özünü yox eylə, Haqqı var eylə,

Çatacaqdır səsim Səndən o yana...

Adilə Nəzər 03.07. 2026