"YOLA QAPI QOYMAZLAR"- yazdı KƏRAMƏT

YAZARLAR 11:22 / 03.03.2024 Baxış sayı: 1941

hadisələrİn

FİZİKİ DİVARLARININ İÇİNDƏ

..cərəyan etdiyini zənn edə bilərsən, sənə elə gələ bilər ki, orta əsrlərdə, ayrıldığımız "güya" sovet təfəkküründən ayrılmısan..

Yanılırsan...hələ də qəbilə, tayfa, qul feodal təfəkürüylə "məğrur-məğrur gedirsən sallaqxanaya", biri qabaqda, birisi bir az arxada...getdiyin yol hara aparır7dadı məsələ.

Axı , hələ də, hələ də sən ev alnaq, mükafat almaq, kütlə sevfgsi qazanmağa, xoşa gəlməyə, min cür təlxəkliklə, hoqqabazlıqla Allahın sənə verdiyi ömrü yaşamırsan, divarda şəklə, Fəxri Xiyabana özünü hesablamısanSA..

....hələ üstəlik hər zad-şeysənsə,..bundan ötrü özünü xərcləyib zorən bitirmisənsə, dəyişdirmisənsə..ta sənə bir qoz..hə, hə, SƏNƏ BİR QOZ

....bilirsən, indi mən deyirəm deyə mənə qızırsan, amma hamı deyəcək..belədi, günahkarsa SÖZÜ-DÜZÜ birinci deyən olur həmişə, anlaşılandı. Belədi, rşşək palçığa bir dəfə batır, nadansa, deyir ki, bu dəfə batmadım bəlkə..şeirlərimiz də belədi uyda, xəyali.

.ÖNCƏ HƏQİQƏTİ BİR NƏFƏR DEYİR, SONRA CƏMİYYƏT O-NU DAŞ-QALAQ EDİR, SONRA HAMI O-NUN DEDİYİNİ TƏSDİQ EDİR, QƏBRİNİN ÜSTÜNƏ GÜL QOYUR .

Ədəbiyyatımızda , əyanilik, konkretlik tamada-meyxana işbirliyilə, təbliğiylə görünməzliyə büründü,

..amma təsəllim qadın yazarlara (bunu əvvəllər də qeyd rtmişəm), gənc yazarlarımızadı, bir neçəsinin yaradıcılığında bu günəcən qarşılaşmadığımız tendisiyayla qarşılaşanda tunelin ucunda işığı görmüş kimi oldum.

Yəni, bu gənclərin ortaq özəlliyi"xoşa gəlmək, sevilmək" kimi kölə-təlxək zehniyyətindən uzaqdı və imzaya baxmasan, cinsi yanaşma ayrımçılığı yoxdur: İnsan var, ÖZÜYLƏ-SÖZÜYLƏ BAŞ-BAŞA qalan İNSAN.

ONLARIN FİKRİNİN UCUNDAN KEÇMİR Kİ, ÇÜRÜMÜŞ DİVARLARDA ŞƏKİLLƏRİ ASILSIN, BİR MƏNSƏB SAHİBİYLƏ TULALANIB ŞƏKİL ÇƏKDİRMƏKLƏ FƏXR ELƏSİN.

Vaxtın qarşısına divar hörmək olmur....özü də "Yola qapı qoymazlar, ay müsəlman, ay insan"-bu da hansı şeirimdənsə yadıma düşdü.