Yadigar Təvəkgül -

Ədəbiyyat 13:00 / 23.01.2026 Baxış sayı: 2517

Qərib doğulmuşam bu dünyaya mən,

Qohumdan, qardaşdan yaralı quşam .

Dünyanın dərd səri başıma yağıb,

Mən həyat yolunda yalqız qalmışam.

 

Sanki vücuduma iynə sancılıb ,

Dərd, ağrı qolların boynuma salıb,

Bilmirəm nədəndir ruhum aç qalıb ,

Bəlkə sənsizlikdən soyuqlamışam.

 

Sən hardan biləsən bu dərd adlını,

Acı çəkdirsədə şəkər dadlını,

Adın Sən qoyduğum sevgi odlunu,

Elə əllərindən özüm almışam.