Xəyalə Sevil · -Ürək susdu da, dindi də...
Ədəbiyyat
10:35 / 22.01.2026
Baxış sayı: 2104
Ömür deyilən gündü də.
İndi yaxşıyam, indi də-
Yığılmışam can yasına.
Uzun-uzun sevmişdim mən,
Hüzün-hüzün sevmişdim mən,
Səni özüm sevmişdim mən,
Qıymamışdım başqasına.
Yuxuydumu bitti indi?
Görən kimdi, yozan kimdi?
Çəkilibsən İsa kimi
Sən mənim alın yazıma.