Xəyalə Sevil - Bir başıpapaqlı
Ədəbiyyat
09:16 / 14.01.2026
Baxış sayı: 1583
... Bir başıpapaqlı
Həsrətdi mənimki,
Mən də mental düşüncədə –
Sözündən çıxa bilmədim.
Gecə bilmədim,
Yuxu bilmədim.
Bütün qaydaları pozdum,
Bir addım qabağa çıxdım.
Bu qadın canımla
Bir damcı qorxu bilmədim.
Bəs sən neylədin mənimçün?