Ağaevli Əli Hacı - Bu yerdən bir səs gəldi
Bu yerdən bir səs gəldi,
Gəldim,olumdu deyə !
Haqq deyib əzab çəkdim,
Sevdim,yolumdu deyə !
Olmağım öz təbində,
Yaşadım söz təbində !
Eşqimin köz təbində,
Qaldım,yar umdum deyə !
Qalan elə şəkildi,
Qəm,şəklim yekə çəkdi !
Cütlüyü təkə çəkdi,
Güldüm,ölümdü deyə !