Xatirə Fərəcli. : - Sən adında.
Ədəbiyyat
13:41 / 19.06.2025
Baxış sayı: 4367
Ruhumda bir ağrı var
Boy verir sən adında.
Ağrıdan pay verənim,
Qalmışammı yadında?
Səndə ilişib qalmaq,
Xatirələrə dalmaq,
Mənəmi düşdü yanmaq
Bu sevginin odunda?
Ürəyinə sindimi?
Görüş-görüş dindinmi?
Məni tapa bildinmi
Görüşdüyün qadında?