Xatirə Fərəcli : - Bugünkü hava

Çoxüzlü adama bənzəyir bu günkü hava
günəşiylə aldadır
gülüşündə gizlənən adam kimi,
kəsib doğrayır nazik geyinənləri,
küləyiylə
fırladır,
fırlanır istədiyi səmtə,
sazağıyla
nə qədər qorunsan da,
sırtıq-sırtıq tapıb yalayır,
dalayır
üzləri,
ayaq altından qumu qaldırıb
doldurur gözləri,
bağlanır gözlər.