Xatirə Fərəcli - BİR OVUC İSTƏK İDİ
Ədəbiyyat
13:13 / 22.01.2026
Baxış sayı: 1802
Sovuşdu qar sevdam da,
soyudu isti hisslər.
Çox gecikdim vüsala,
bəlkə də, küsdü hisslər.
Bir ovuc istək idi
ovcumdaca əridi,
susdu o çılğın həvəs,
öz içində kiridi.
Ən işıqlı diləklər
kölgələnib fon oldu.
Bir dünya həsrətimə,
istəyimə son oldu.