Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq

Elm 12:53 / 14.06.2024 Baxış sayı: 1985

Türkiyə-Azərbaycan Universitetinin binası Bakının mərkəzində olacaq.

Yenises.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq:

"Universitetin tədris binası şəhərin mərkəzində olan binalardan biri olacaq".

O qeyd edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.